AZ

Türkiyə Rusiynın buğda ixracatında üçüncü bazar oldu

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın buğda ixracı 2024-2025-ci kənd təsərrüfatı ilinin əvvəlindən rekord qıraraq 32,2 milyon tona çatıb. Ötən ilin eyni dövründə bu rəqəm 31,8 milyon ton olub. Rusagrotrans-ın məlumatına görə, ən böyük alıcı 6,3 milyon tonla Misir, ikinci yeri isə 2,28 milyon tonla Banqladeş tutub.

Hafta.az-ın yazdığına görə, Türkiyə isə tarixində ilk dəfə üçüncü yerə geriləyərək 2,28 milyon ton buğda idxal edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə azalaraq son 8 ilin ən aşağı səviyyəsi kimi qeydə alınıb. 2016-2017 mövsümündə Türkiyəyə ixrac 1,8 milyon ton səviyyəsində olub.

Türkiyə uzun illərdir ki, Rusiya buğdasının ən böyük idxalçılarından biri kimi ilk iki sırada yer alarkən, bu mövsümün əvvəlindən tətbiq edilən yeni tənzimləmələr sayəsində idxal həcmini əhəmiyyətli dərəcədə azaldıb. Analitiklər Türkiyənin yerli istehsalı artırmaq səylərinin və taxıl ticarətində alternativ tədarükçülərə üz tutma strategiyasının bu azalmada təsirli olduğunu qiymətləndirirlər.

Fevral ayı üçün hesablamalar göstərir ki, buğda ixracı 2,4-2,5 milyon ton səviyyəsində olacaq. Lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm hələ də aşağıdır. 2023-cü ilin fevral ayında Rusiyadan ümumilikdə 4,4 milyon ton buğda ixrac edilib.

Seçilən
19
hafta.az

1Mənbələr