Korrupsiya Azərbaycanda inkişafı əngəlləyir, beynəlxalq "Transparency International" təşkilatının yeni hesabatında belə deyilir.
Azərbaycanda bu hesabata reaksiya yoxdur.
BBC Azərbaycancanın bu barədə sualına Azərbaycan hökumətindən şərh verilməyib.
Hesabata görə, Azərbaycan Cənubi Qafqazda "ən korrupsiyalaşmış" nəticələrə malik ölkədir.
Ermənistan və Gürcüstan hesabata görə, korrupsiya ilə mübarizədə və şəffaflıq məsələlərində Azərbaycandan bir xeyli yaxşı göstəricilərə malikdir.
Azərbaycan nəticələrə görə Livan, Honduras və Rusiya kimi ölkələrlə eyni mövqedə dayanıb.
Azərbaycan hakimiyyəti ölkədə korrupsiya ilə mübarizə apardığını və bir çox sahədə artıq şəffaflığa nail olduğunu bildirir.
Prezidentin sərəncamı ilə Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı hazırlanıb.
Videoya YouTube kanalımızda baxın.