AZ

Tramp Putinə təşəkkür etdi- ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Rusiyada məhkum olunmuş amerikalı Mark Foqelin azadlığa buraxılmasına görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib.

Olaylar.az xəbər verir ki, məlumatı xarici KİV yayıb. 

"Mən onun etdikləri üçün çox minnətdaram. Biz Prezident Putinin atdığı bu addımı yüksək qiymətləndiririk" deyə Tramp Foqelin ABŞ-yə qayıdışı münasibətilə keçirilən görüş zamanı bəyan edib.

Trampın sözlərinə görə, Moskva və Vaşinqton arasında əldə edilən razılaşma çox ədalətli və məntiqli olub. Lakin ABŞ lideri danışıqların detallarına varmaq istəməyib.

Eyni zamanda, Tramp yaxın vaxtlarda daha bir amerikalının həbsdən azad ediləcəyini açıqlayıb. Lakin həmin şəxsin kimliyi və hansı ölkədə saxlanıldığı barədə məlumat verməkdən imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr