AZ

Nazir müavinin ardınca onu da vəzifədən azad etdilər

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov vəzifəsindən azad olunub.

News24.az-ın əldə etdiyi məlumata görə, E.Məmmədov bir neçə gün öncə ərizəsini rəhbərliyə təqdim edib.

Ötən gün nazirin Naftalanda qəbul görüşündə rəsmilər arasında şöbə müdirinin olmadığı da bildirilib.

Qeyd edək ki, bundan öncə nazir müavini Mariana Vasilievna vəzifəsindən azad olunub.

News24.az mövzu ilə bağlı nazirliyin  mövqeyini dərc etməyə hazır olduğunu bildirir.



Seçilən
5
news24.az

1Mənbələr