Azərbaycan Premyer Liqasında mövsümün ən böyük hesablı nəticəsi təkrarlanıb.
Msport.az xəbər verir ki, “Qarabağ” XXII turda evdə “Səbail”i 5 cavabsız qolla üstələyib.
Bu, mövsümdə üçüncü belə haldır. Belə ki, əvvəlki matçlarda da “Qarabağ” iki dəfə rəqibini 5:0 hesabı ilə məğlub edib. Ağdamlılar ötən il oktyabrın 18-də səfərdə “Kəpəz”dən, dekabrın 16-da isə evdə “Sumqayıt”dan 3 xalı 5 cavabsız qolla alıb.
Qeyd edək ki, “Qarabağ” 53 xalla turnir cədvəlinə başçılıq edir.