Azərbaycanlı yarımmüdafiəçi Vüsal İsgəndərlinin çıxış etdiyi Türkiyə 1-ci Liqa klubu "Boluspor" baş məşqçisi Arif Ufuk Kahramanla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klub mətbuat xidməti vasitəsilə açıqlama yayıb.
Çempionatda son 3 oyunda qələbə qazana bilməyən Bolu təmsilçisi 23 turdan sonra 33 xalla 9-cu pillədə qərarlaşıb. Ufuk Kahraman mövsümün 5-cu turunda komandanın baş məşqçisi təyin olunmuşdu. Onun başçılığı ilə "Boluspor" 19 qarşılaşmanın 8-də qalib gəlib, 7-də uduzub, 4-də isə heç-heçə oynayıb.
“Boluspor”a bu ilin əvvəlində Albaniya klubu “Eqnatiya”dan keçən İsgəndərlinin müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.