AZ

Böyrək – ona nə gərək?

Alternativ tibb mütəxəssislərinin fikrincə, böyrəklərin işini tənzimləmək və onları təmizləmək üçün pəhrizə əməl etmək, düzgün qidalanmaq vacibdir. Böyrəklərin yaxşı işləməsi üçün kalium, maqnezium, C, E, D vitaminli qidalar vacibdir.

Fitoterapevtlər bildirirlər ki, böyrək problemi olanlar hər cür qida əlavələrindən, süni sintetik vitaminlərdən uzaq durmalıdırlar. Onların fikrincə, böyrəklər üçün təbii təmizləyici bitki lifləridir. Onlar özlərinə duzu, toksinləri hopduraraq orqanizmdən xaric edirlər. Liflər istifadə etdiyimiz bir çox məhsulların tərkibində olur. Bunlar təzə, şirəsi çəkilmiş, buxarda bişmiş tərəvəzlər, meyvə və giləmeyvələr, taxıl məmulatı – yulaf, vələmir, təmiz bitki yağları, yağsız kəsmik, qatıq, düyü, qarabaşaq, qarğıdalı və buğda sıyıqları, qarpız, yemiş, balqabaq tumları, kələm, brokkoli, turş alma, kök, göyərtilərdən şüyüd, cəfəri, nanədir.

Mütəxəssislər faydalı qidalarla yanaşı, böyrəklərin işinə mənfi təsir göstərən soyuq qidalar, kolbasa, sosis və konserv məhsullarından, duzlu, acı qidalardan, şəkər, konfet, ədviyyat, heyvani yağ və piydən də uzaq durmağı tövsiyə edirlər. İspanaq və turşəng az miqdarda faydalıdır. Lakin bu göyərtilərin tez-tez qəbulu böyrəklərdə daşların əmələ gəlməsinə səbəb ola bilər. Zülalla zəngin qidaların həddindən artıq istifadəsi də böyrək daşı və digər böyrək xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Z.HÜSEYNLİ
XQ

Seçilən
8
xalqqazeti.az

1Mənbələr