AZ

Ermənistan sürətlə silahlanmaqda davam edir- ÖZƏL

"Paşinyan Cənubi Qafqazda böyük ehtiyac hiss olunan sülh prosesini tam olaraq dayandırdı". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Aydın Quliyev deyib: "Rusiyanı Azərbaycanla normallaşma prosesinin bütün istiqamətlərində vasitəçi tərəf rolundan çıxardı. Artıq Rusiya nə sülh sazişi  danışıqlarında, nə sərhədlər üzrə danışıqlarda, nə də kommunikasiyaların açılmasında iştirak edir. Üstəlik Ermənistan "daha ehtimal etmirik ki, Rusiyanın danışıqlarda iştirakı mümkün olsun" kimi mahiyyətcə "Rusiyanı kəsib atmağa bərabər" olan açıq bəyanat verdi. Rusiya işlərin bu gedişi ilə əslində barışmağa məcbur olduğunu etiraf etdi. Peskovun ən yeni sözlərini yada salaq - biz normallaşmaya hər cür dəstək verməyə hazırıq, ancaq tərəflərin müstəqil işləmək istədiklərinə hörmətlə yanaşırıq. Yəni bu o deməkdir ki, Ermənistanın danışıqlarda bizim işturakımızı istəmədiyini qəbul edirik. Zatən Rusiyanın edə biləcəyi bir şey qalmayıb. Yuxarı başı SSRİ- nin sərhəd xəritəlırini verməyəcək, vəssalam. Noolsun?!...
Sülh sazişinin imzalanması üçün çox vacib olan şərtlərin icrasından açıq mətnlə imtina edib. Paşinyan ABŞ - da dedi ki, saziş mətninin razılaşdığımız 15 maddəsi ərazi iddialarının ortadan qalxmasına təminat verir. Yəni demək istədi ki, konstitusiyamızı dəyişməyəcək və ərazi iddialarından imtina etməyəcəyik.

Azərbaycanın vacib şərti olan sərhədlərdə 3- cü qüvvələrin hərbçilərinin olmaması məsələsi kənara atıldı. Belə ki, Ermənistan Avropa Birliyi missiyasının Azərbaycanla sərhəddə daha 2 il fəaliyyət göstərməsini rəsmiləşdirə bildi. Missiya 2027- ci ilədək sərhədlərdə fəaliyyət göstərəcək və deməli, ən tezi 2027- ci ilədək saziş olmayacaq. Ermənistan sürətlə silahlanmaqda davam edir. Qərblə, ilk növbədə ABŞ və Fransa ilə strateji əlaqələr möhkəmləndirilir.
Bütün bunlar bölgəmizdə sülh prosesinin faktiki olaraq dayandırıldığı anlamına gəlmək üçün kifayətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr