Türkiyə çempionu "Qalatasaray" heyətinə daha iki futbolçu qatıb. Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Arda Ünyay və Emre Elmalı bundan sonra "Cim-Bom"un şərəfini qoruyacaq.
"Ankaragücü"nün yetirməsi olan Ardanın xidmətində "Beşiktaş" da maraqlı idi. Lakin danışıqlardan uğurla çıxan "Qalatasaray" rəhbərliyi 18 yaşlı müdafiəçi ilə 2027/28 mövsümünün sonuna qədər anlaşıb.
Digər transfer isə daha təcrübəli futbolçu ilə bağlıdır. Belə ki, sol cinah müdafiəçisi Emre Elmalı "Trabzonspor"un əsas heyət üzvlərindən sayılırdı. Onun transferi 4 milyon avroya başa gəlib. Emre Türkiyə yığmasında da 14 dəfə forma geyinmək şansı qazanıb.