AZ

Bu türk dövlətində xəstəxanada dəhşətli yanğın: Ölənlər var

Qırğızıstanın paytaxtı Bişkekdə Milli Ürək Cərrahiyyəsi və Orqan Transplantasiyası İnstitutunda baş verən yanğın nəticəsində 2 nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axşam saatlarında başlayan yanğın 6 yanğınsöndürmə qrupu, 3 yanğınsöndürmə maşınının müdaxiləsi ilə söndürülüb.

Xəstəxanadan təxliyə edilən 260 nəfərdən 216-nın xəstə, 44-nün tibb işçisi olduğu qeyd olunub.

İlkin məlumata görə, yanğın xəstəxana binasının zirzəmisində baş verib və havalandırma bölmələrindən bütün mərtəbələrə yayılıb.

Seçilən
3
publika.az

1Mənbələr