Azərbaycan taekvondoçusu Ülvi Məmmədov (37 kq) Antalya şəhərində keçirilən “Turkish Open” beynəlxalq turnirində uğurla çıxış edib.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, “Kristal Abşeron” klubunun üzvü finala qədər 5 rəqibini üstələyib.
Təmsilçimiz həlledici mərhələdə türkiyəli rəqibinə uduzaraq fəxri kürsünün ikinci pilləsində yer alıb.
Leyla QURBANOVA
XQ