AZ

Uşaq parkında 150 bomba tapıldı

İngiltərədə uşaq parkında İkinci Dünya müharibəsindən qalma 150-dən çox partlamamış bomba tapılıb.  

"Cebheinfo.az" xəbər verir ki, Bombalar Şotlandiya sərhədi yaxınlığındakı kiçik Vooler şəhərində “Scotts park” oyun meydançasının təmiri üçün tikinti layihəsi zamanı aşkar edilib.

Yanvarın 14-də işçilər yer qazarkən şübhəli əşya aşkar ediblər.

Məlumata görə, tikinti işləri zamanı tapılan partlayıcıların zərərli ola biləcək təcrübə bombaları olduğu bildirilib.

Partlamamış hərbi sursatlar üzrə ixtisaslaşan Brimstone Site Investigations şirkəti ərazini araşdırmaq üçün həvalə edilib.

Axtarışın ilk günündə hər biri 10 kiloqram olan 65 əlavə təcrübə qumbarası və tüstü patronu aşkar edilib.

Bildirilib ki, işin ikinci günündə daha 90 təcrübə bombası toplanaraq anbar sahəsinə daşınıb.

“BBC” xəbər verir ki, Müdafiə Nazirliyi hadisə yerində tam təhqiqat aparılmasına göstəriş verib.

Seçilən
5
cebheinfo.az

1Mənbələr