Futbolçumuzun Türkiyə debütü
Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyevin “Çorum”dakı debütü uğurlu alınıb. Millimizin oyunçusu Türkiyə 1-ci Liqasının 24-cü turunda komandanın heyətində keçirdiyi ilk oyunda 14 və 49-cu dəqiqələrdəki dəqiq zərbələri ilə fərqlənib. 29 yaşlı yarımmüdafiəçi qış fasiləsində “Bandırmaspor”dan “Çorum”a keçib. Qarşılaşma 2:0 hesabı ilə yekunlaşıb.
Leyla QURBANOVA
XQ