İran İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin növbədənkənar iclasının keçirilməsini təklif edib.
“Report” İRNA-ya istinadən xəbər verir ki, bu təkliflə İranın xarici işlər naziri Abbas Əraqçi çıxış edib.
Quruma üzv ölkələrin bu təşəbbüsü dəstəklədiyi bildirilib.
Toplantının martın birinci yarısında keçiriləcəyi gözlənilir.