UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
Fransanın PSJ klubu səfərdə Liqa 1-in digər təmsilçisi “Brest”lə üz-üzə gəlib.
Oyun Paris klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İngiltərənin “Mançester Siti” komandası evdə İspaniya “Real”ını, “Yuventus” (İtaliya) isə PSV-ni (Niderland) qəbul edib. Almaniya təmsilçisi “Borussiya” (Dortmund) səfərdə “Sportinq”lə (Portuqaliya) qarşılaşıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
“Brest” (Fransa) – “PSJ” (Fransa) 0:3
“Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) 0:3
“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) 2:3
“Yuventus” (İtaliya) – PSV (Niderland) 2:1
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin digər 4 oyunu bu gün keçiriləcək.