AZ

Kilauea vulkanı yenidən lava püskürür

Bakı, TurkicWorld

Havay adalarının ən aktiv vulkanlarından biri hesab edilən Kilauea dekabrın 23-dən etibarən fasilələrlə püskürməyə davam edir.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Havay Vulkan Rəsədxanasının açıqlamasına görə, vulkan yerli vaxtla saat 10:16-da 9-cu dəfə püskürüb.

Püskürmə nəticəsində 100 metr hündürlüyə qədər lava axını müşahidə edilib və qalın tüstü səmaya yüksəlib.

Vulkanın fəaliyyəti əsasən Havay Vulkanları Milli Parkı daxilindəki zirvə kraterində baş verir. Buna baxmayaraq, milli park rəhbərliyi ziyarətçilərə bağlı ərazilərdən uzaq durmağı və zərərli qazlara qarşı ehtiyatlı olmağı tövsiyə edib.

Qeyd edək ki, Kilauea dünyanın ən aktiv vulkanlarından biri hesab olunur və 1983-cü ildən bu yana mütəmadi olaraq püskürməyə davam edir.

Seçilən
21
turkic.world

1Mənbələr