"Bu gün Azərbaycan Mərkəzi Bankının yaradılmasının 33-cü ildönümüdür. Azərbaycanda makro iqtisadi stabilliyin qorunmasında və güclənməsində Mərkəzi Bankın xüsusi rolu vardır". "Olaylar" xəbər verir ki, bunu Mlli Məclisin deputatı Vüqar Bayramov deyib: " Son illər qlobal bazarlarda volatilliyin artması kontekstindən bu daha çox hiss edilir. Bu arada isə Mərkəzi Bank ən çox şikayət olunan bankların siyahısını açıqlayıb. Hansı banklardan daha çox şikayət olunmasının ictimailləşdirilməsi yaxşı praktikadır. Çünki bu emipirik qiymətləndirmə bankların müştərilər ilə münasibətlərdə daha məsuliyyətli olması baxımından təqdirəlayiqdir. Bu həmin sektorda da müştəri məmunluğunun gücləndirilməsi baxımdan da vacibdir.
Bununla belə, bu statistik dəyərləndirmə metodologiyasının da təkmilləşdiriılməsi məqsədəuyğun olardı. Aydındır ki, riteyl bankların işlədiyi müştərilər və təmsil etidyi seqment korporativ bankların çalışdığı sahə və vətəndaşlardan fərqlənir. Bu baxımdan, qiymətləndirmənin riteyl, korporativ və hətta qarışıq banklar üzrə fərqləndirilməsi daha aydın mənzərənin əldə edilməsinə imkan yarada bilər".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31