Braziliyanın Sao Paulu ştatında 36 yaşlı qadın ona xəyanət edən 46 yaşlı sevgilisini kürəyindən güllələyib qaçıb.
Medianews.az xəbər verir ki, kişi xəstəxanaya çatdırılıb, vəziyyəti stabildir.
Qadın, sevgilisi qan içində yerdə uzanaraq onu bir daha vurmaması üçün yalvardığı zaman onu ələ salıb. O, daha sonra geri çəkilib və tətiyi çəkib, lakin tapança həmin an çalışmır. Xəsarət alan şəxs qalxmağa çalışarkən, sevgilisi mənzilə qayıdır. Daha sonra divandan bıçaq götürür və kişinin üzərinə qışqırır.
Qonşulardan biri, cütlüyün davamlı olaraq mübahisə etdiyini deyib.
Hadisə ilə bağlı istintaq davam edir.
Medianews.az