AZ

Tramp: "Daha bir amerikalı azad edilərək ölkəyə qayıdacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların daha bir vətəndaşının azad edilərək ölkəyə qayıdacağının anonsunu verib.
Oxu.Az kp.ru-ya istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə Rusiyadan azad edilərək ABŞ-yə qayıtmış Mark Foqel ilə görüşdə deyib.
Siyasətçi vurğulayıb ki, fevralın 12-də M.Foqelin ardınca daha bir amerikalı azad edilərək ölkəyə qayıdacaq. D.Tramp onun və qaldığı ölkənin adını açıqlamayıb.
Dövlət başçısı M.Foqel ilə söhbət zamanı Rusiyanın hərəkətlərini yüksək qiymətləndirib, azad edilənin özü isə Rusiya Prezidenti Vladimir Putin tərəfindən əfv edildiyini bildirib.
Xatırladaq ki, ABŞ səfirliyinin keçmiş əməkdaşı M.Foqel 2022-ci ildə Moskvada qadağan olunmuş maddələrin qaçaqmalçılığı haqqında cinayət işi çərçivəsində həbs edilmişdi. Aeroportda onun baqajında mariuxana və həşiş yağı aşkarlanmışdı.
Seçilən
3
oxu.az

1Mənbələr