AZ

Atəşkəs pozula bilər  - Girovlar azad edilməsə

Əgər HƏMAS terror təşkilatı tərəflərin razılaşdırdığı kimi fevralın 15-i günorta saatlarında saxladığı israilli girovları azad etməsə, İsrail Qəzza zolağında "intensiv döyüşləri" bərpa edəcək.

Herbiand.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu fevralın 11-də təhlükəsizlik şurasının dörd saatlıq iclasından sonra videomüraciətində bildirib.

Netanyahu bildirib ki, HƏMAS fevralın 10-da girovları azad etməyəcəyini elan etməklə sazişin şərtlərini pozub.

“Əgər Şənbə günü günortadan sonra Həmas girovlarımızı qaytarmasa, atəşkəs sona çatacaq və HƏMAS məğlub olana qədər İsrail ordusu yenidən intensiv döyüşlərə davam edəcək”.

Atəşkəs razılaşmasının şərtlərinə görə, fevralın 15-də üç girov azad edilməlidir.

Seçilən
11
herbiand.az

1Mənbələr