İsmayıllı rayonunda vətəndaşlarla növbəti səyyar qəbul keçirilib. İsmayıllı rayon icra hakimiyətindən "Olaylar"a bildirilib ki, vətəndaşlarla növbəti səyyar görüşü rayonun Hapıtlı kəndində keçirilib: " Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonumuzun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir. Bu dəfə İsmayıllı rayonunun Hapıtlı kəndində keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənildi, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verildi. Səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görülür, müvafiq tapşırıqlar verilir".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31