AZ

Saxalində 300 balıqçı buz parçasında ilişib qalıb– ÖZƏL

Olaylar.az xəbər verir ki, Saxalin vilayətində genişmiqyaslı xilasetmə əməliyyatı aparılır - təxminən 300 balıqçı Oxot dənizində buzun qırılması nəticəsində açıq dənizdə qalıb. 10 metrlik çatlaq Malki kəndindən Dolinka çayının mənsəbinə qədər olan ərazidə yaranıb. Bu barədə Rusiya FHN-in Saxalin vilayəti üzrə mətbuat xidməti məlumat verib.

Hadisə yerinə FHN-in qüvvələri cəlb edilib: 6 xilasedici və 4 texnika işləyir. Bundan əlavə, Yujno-Saxalinskdə Mi-8 helikopteri uçuşa hazırdır və bu, evakuasiyanı sürətləndirə bilər.

Vəziyyət çətin olaraq qalır - fövqəladə xidmət əməkdaşları balıqçıları tez bir zamanda sahilə çatdırmaq üçün əlindən gələni edir. Xilasedicilər sakinləri təhlükəli ərazilərdə buz üzərinə çıxmamaq barədə xəbərdar ediblər.

Bundan əvvəl Lesnoy bölgəsində də balıqçıları daşıyan bir buz parçası qopub. Çatlaq sürətlə böyüyərək insanları təcili şəkildə buz sahəsini tərk etməyə məcbur edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr