AZ

Azərbaycanda birgəyaşayış ənənələri yüksək səviyyədə qorunur

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 11-də Siyəzən şəhəri "Cümə" məscidini ziyarət edib. "Komitədən "Olaylar"a bildirilib ki, Məsciddə fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı Dövlət Komitəsinin sədri qeyd edib ki, ölkəmizdəki birgəyaşayış ənənəsinin qorunması, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətlərini təşkil edir. Azərbaycanda toleranlıq mühitinin hökm sürməsi, bütün dinlərin daşıyıcılarının sərbəst şəkildə öz inanclarına etiqad etməsinə şəraitin yaradılması Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən siyasi kursun nəticəsidir.  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müxtəlif dinlərə aid mənəvi irsin bərpası və qorunması məqsədilə həyata keçirilən layihələr dini dəyərlərə həssas münasibətin bariz nümunəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
olaylar.az

1Mənbələr