Muaytay-Tayboks Fedarasiyası İctimai Birliyinin iclası keçirildiyi barədə məlumat vermişdik.
Toplantıda qurumun prezidenti Araz Musayevin digər federasiyaların Muaytay - Tayboks Fedarasiyasının daxili məsələlərinə və fəaliyyətinə müdaxilə etdiyi üçün Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoyla bağlı məhkəməyə və digər aidiyyəti orqanlara müraciət etdiyini bildirib. O, bu müraciəti qəbul olunduğunu qeyd edib.
Xəbərdə adı keçən Azərbaycan Muaytay Tayboks Federasiyasının prezidenti və təsisçisi Azər Həsənsoy Publika.az-a müriaciət edərək məsələyə münasibət bildirmək istədiyini qeyd edib. Onun mövqeyini təqdim edirik:
"İndiyə qədər Araz Musayevin qanunsuz və federasiyanın nizamnaməsinə zidd hərəkətlərini qurumdan kənara çıxarmayıb və federasiyanın, muaytay idman növünün nüfuzunu qorumuşam. Düşünürəm ki, artıq geniş ictimaiyyət həqiqətləri bilməlidir.
Belə ki, 2022-ci ildə federasiyanın növbədənkənar yığıncağında mənim təklifimlə Araz Musayev federasiyaya prezidenti seçilib. Düşündüm ki, 32 ildir tələbəmdir, gəncdir, köməkliymizlə federasiyada irəliləmə olar. Lakin seçildiyi gündən federasiyaya öz təmir briqadası kimi yanaşmağa başlayıb və heç bir iş görmədiyi halda ona yaltaqlıq etməyənləri, gözünə xoş görünməyənləri, onunla şəkil çəkdirməkdən yayınanları federasiyadan qovmaqla hədələyib, məşqçiləri təhqir edib. Bu hal federasiyanın üzv məşqçiləri arasında ciddi narazılıq və etirazlara səbəb olub.
Ötən ilin avqust ayında İstanbulda keçirilən Türk Dünyası muatay çempionatı zamanı bütün komandaların qarşısında baş məşqçimizə əl qaldırıb və əlbəyaxa dava yaranmasına səbəb olub. Bu utancverici hal bizi - ölkəmizi digər komandalar qarşısında biabırçı duruma düşürüb.
Həmçinin Araz Musayev şəxsi məsələlərini federasiyanın, üzvlərinin mənafeyindən üstün tutması səbəbli federasiya akkreditasiyadan keçirilməyib.