"Biz özgə qapılarından mədət gözləyən toplum olmaqdan, assimilyasiyaya, istibdada, məxməri müstəmləkəçiliyə xidmət edən vədlərin parıltılı tələlərindən çoxdan qurtulmuşuq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib: "Biz aid olduğumuz yerdə, doğmalarımızın arasındayıq və aid olduğumuz yerin də təəssübünü çəkir, inkişafına çalışırıq.
Biz ləyaqətimizi, milli qürurumuzu çoxsaylı məhrumiyyətlər, çətinliklər bahasına dirçəltməmişik ki, onu özgə qapılarının dekorativ bəzəyinə çevirək. Bizim ailəmiz Türk dünyasıdır!"Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31