Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Elmir Sərxan oğlu Zeynalov 24 sentyabr 1994-cü ildə Goranboy rayonunun Əhmədabad kəndində anadan olub.
QHT.az xəbər verir ki, o, 2016-cı il fevralın 12-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində baş verən silahlı toqquşma zamanı qəhrəmancasına şəhid olub. Şəhidimiz fevralın 13-də doğulduğu Goranboy rayonunun Əhmədabad kəndində son mənzilə yola salınıb.
Elmir Zeynalov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Müdafiə Naziri Zakir Həsənovun Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Ruhu şad olsun!