AZ

Türkiyə Qvatemalaya başsağlığı verdi

Türkiyə Qvatemalada avtobus qəzasında həyatını itirənlər ilə əlaqədar bu ölkəyə başsağlığı verdi.

Xarici İşlər Nazirliyinin rəsmi ''X'' internet səhifəsində edilən paylaşımda bu ifadələrə yer verilib:"Qvatemalada baş verən avtobus qəzası xəbəri bizi dərindən kədərləndirdi. Həyatını itirənlərin ailələrinə və Qvatemala xalqına başsağlığı veririk''.
Mərkəzi Amerikanın Qvatemala ölkəsinin eyniadlı şəhərində sərnişin avtobusunun körpüdən aşması nəticəsində 51 nəfər həyatını itirib.

Qvatemala prezidenti Bernardo Arevalo qəza ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.



Seçilən
2
trt.net.tr

1Mənbələr