Bakı. Trend:
Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin dahasəmərəli və müasir standartlara uyğun təşkili üçün müəyyənislahatlara ehtiyac var.
Trend xəbərverir ki, bu sözləri bu gün “Məktəbdənkənar təhsil: Çağırışlar vəpespektivlər” mövzusunda keçirilən konfransda MÜTDA-nın direktoruEşqi Bağırov deyib.
O bildirib ki, Agentlik tərəfindən mövcud vəziyyətinqiymətləndirilməsi çərçivəsində aparılan monitorinqlər göstərir ki,məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin daha səmərəlivə müasir standartlara uyğun təşkili üçün müəyyən islahatlaraehtiyac var.
"Məktəbdənkənar təhsil sahəsində hüquqi və normativ bazanınyenilənməsi, mövcud sənədlərin müasir tələblərə uyğunlaşdırılmasıvə yeni normativ sənədlərin hazırlanması istiqamətində işlər davametdirilir" - deyə o əlavə edib.