AZ

Sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxsin narkotik aludəçisi olduğu üzə çıxdı

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsinin Masallı rayonu ərazisindəyerləşən stasionar postunda Elvin Əsədullayevin idarə etdiyi “VAZ”markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Trendxəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi məlumat yayıb.

Bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücününnəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb vəhərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvətolunub.

Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunanE.Əsadullayev məhkəmənin qərarı ilə 15 gün müddətində inzibatiqaydada həbs edilib.

"Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsirialtında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarınınhəyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağıtələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirləringörüləcəyini bildirir",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Seçilən
14
5
az.trend.az

8Mənbələr