AZ

Bundan sonra ağıllı saatlar apteklərdə SATILACAQ

Ajans.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin jurnalistləri müəyyən edib ki, Huawei bir sıra smart saatlarını tibbi cihaz kimi tanıtmaq üçün xüsusi sertifikat alıb. Onların sözlərinə görə, bu hiylə sayəsində korporasiyanın rəhbərləri öz avadanlıqlarını Çindəki apteklər vasitəsilə satmağın yolunu tapıblar.

Məqalədə deyilir ki, Çin səlahiyyətliləri dolayı yolla Huawei-yə ağıllı saatlar və digər taxıla bilən texnologiyalar satmağa kömək edir. Çin sakinlərinin təxminən 95 faizi bəzi tibbi xidmətlərin və ya dərmanların xərclərini əhatə edən sağlamlıq sığortası almaq hüququna malikdir. Beləliklə, vətəndaşlar dövlət pulu hesabına Huawei cihazlarını ala bilərlər.

Xüsusilə qan təzyiqini ölçə bilən “Watch D2” smart saatı tibbi arayış alıb. Bloomberg ekspertlərinin fikrincə, qadcet formal olaraq tibbi cihaz konseptinə uyğundur, lakin adi tonometrin qiyməti 10 dəfə azdır.

Eyni zamanda, bəzi Çin əyalətlərinin səlahiyyətliləri artıq apteklərdə ağıllı saatların satışını qadağan edib. Bir sıra digər regionlarda bir nəfər adam başına birdən çox qadcet ala bilməz.

Seçilən
20
Ajans.az

1Mənbələr