AZ

Baxışımız dəyişməyib: Niderland sağçılarından Rusiya ilə bağlı çağırış

Niderlandın sağçı Demokratiya Forumu (FvD) partiyası Rusiya ilə dialoqun tərəfdarıdır.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə partiyanın deputatı və parlamentinin üzvü Gideon van Meyeren bildirib.

"Əlbəttə, biz həmişə dialoqun tərəfdarıyıq. Və bizim mövqeyimiz 2022-ci ildə deyil, daha əvvəl başlayıb, çünki biz həmişə deyirik ki, bu müharibə 2022-ci ildə başlamadı", - deputat deyib.

Onun sözlərinə görə, Demokratiya Forumu uzun illər əvvəl xəbərdarlıq edib ki, NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi münaqişəyə səbəb ola biləcək təxribat xarakterli addımdır.

"Deməli, bizim baxışımız dəyişməyib", - deyə van Meyeren əlavə edib.

Seçilən
14
publika.az

1Mənbələr