AZ

FT: Aİ qaz qiymətlərinə müvəqqəti taban tətbiq edə bilər

AK Avropa İttifaqında qaz qiymətlərinə müvəqqəti tavanın tətbiqi imkanlarını öyrənir...

Avropa Komissiyası kəskin qiymət artımı fonunda Aİ-də qazın qiymətinə müvəqqəti tavanın tətbiqi imkanlarını öyrənir.

Poliqon xəbər verir ki, bu barədə “Financial Times” qəzeti adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu həftə təbii qazın qiymətləri son iki ilin qiymətlərini üstələyib. Nəşr yazır ki, bərpa olunan mənbələrdən enerji istehsalına mane olan aşağı temperatur və küləyin olmaması qiymətlərin artmasına səbəb olub.

Qəzet yazdığına görə, Avropada qazın qiyməti ABŞ-dən 3-4 dəfə yüksəkdir və bu, Avropa şirkətlərinə ciddi təsir edir. Məqalədə vurğulanır ki, AK martda təqdim olunacaq sənədlə bağlı müzakirələr çərçivəsində qiymət məhdudiyyətləri variantını nəzərdən keçirir.

Bir avropalı diplomat FT-yə deyib ki, bəzi Aİ üzv ölkələri qiymət həddi tətbiq etməyə istəksiz ola bilərlər.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr