AZ

Xalq artisti VƏFAT ETDİ - FOTO

“Alan” dövlət ansamblın orkestrinin rəhbəri, Şimali Osetiya-Alaniya Respublikasının Xalq artisti Elza Datiyeva Osetiya qrupu ilə Çeçenistanın “Noxço” dövlət rəqs ansamblının birgə konserti zamanı dünyasını dəyişib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Sapa 15" Telegram kanalı məlumat yayıb.

Məlumata görə, Elza Datiyeva rəqs nömrəsi zamanı özünü pis hiss edib. Xalq artisti huşunu itirib və konsert yarımçıq qalıb. Həkimlər gəlsə də, onu xilas edə bilməyiblər. Yerli xəbər kanallarının məlumatına görə, Datiyeva xərçəng və ürək problemlərindən əziyyət çəkirmiş.

Sənətçinin vəfat etdiyini respublikanın mədəniyyət naziri Soslan Fidarov təsdiqləyib.

Qeyd edək ki, həmin vaxt onun qızı da zalda olub.

Seçilən
14
15
news24.az

10Mənbələr