Rusiya istehsalı olan Su-57E qırıcısının ilk xarici müştərisi təyyarəni bu il ərzində təhvil alacaq və istismarına başlayacaq.
“Poliqon” xəbər verir ki, bunu “İnterfaks”a açıqlamasında “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev deyib.
Xatırladaq ki, ötən ilin noyabr ayında A.Mixeyev, Su-57E qırıcılarının ixracı ilə bağlı müqavilələrin imzalandığını bildirmişdi. Həmin vaxt sifarişçinin adı rəsmi olaraq açıqlanmasa da, bəzi KİV-lər bu ölkənin Əlcəzair ola biləcəyini iddia etmişdilər.