AZ

Misir İsrail və ABŞ-ın Qəzza ilə bağlı bəyanatlarından narazıdır

Misir hakimiyyəti İsrail və Amerika rəsmilərinin Qəzza sakinlərinin köçürülməsi ilə bağlı bəyanatlarından narazıdır...

Poliqon xəbər verir ki, bu barədə Qahirədəki mənbələrə istinadən Al Qahera News telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinə görə, Misir hakimiyyəti Qəzza sakinlərinə torpaq ayrılması ilə bağlı istənilən planı rədd edir və fələstinlilərin köçürülməsinə qarşı çıxır. Qahirə vurğulayır ki, qəzzalıların öz torpaqlarında yaşamaq üçün möhkəm təminatları olmalıdır.

Fevralın 11-də Wall Street Journal öz mənbələrinə istinadən xəbər verir ki, aparıcı Yaxın Şərq ölkələri ABŞ prezidenti Donald Trampın Qəzza zolağının çıxarılması və Fələstindən qonşu dövlətlərə qaçqın göndərilməsi planını rədd edib.

Fevralın 5-də Tramp fələstinliləri oradan qonşu ölkələrə köçürdükdən sonra Qəzza zolağına nəzarəti ələ keçirmək niyyətində olduğunu açıqlayıb. Amerika lideri İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında ABŞ-ın regionun yenidən qurulması və iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılması üçün məsuliyyət daşıyacağını vəd edib.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr