Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün pley-off (1/16) mərhələsinin növbəti oyunları keçirilicək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutacaq.
İtaliyanın “Atalanta” komandası səfərdə Belçika təmsilçisi “Brügge” ilə qarşılaşacaq. “Feyenoord” Niderlandda İtaliya nəhəngi “Milan”ı qəbul edəcək. “Seltik” Şotlandiyada Almaniya nəhəngi “Bayern”i sınağa çəkəcək. Günün digər oyunu “Benfika” (Portuqaliya) ilə “Monako” (Fransa) arasında təşkil olunacaq.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları gələn həftə keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
12 fevral
21:45. “Brügge” (Belçika) – “Atalanta” (İtaliya)
00:00. “Feyenoord” (Niderland) – “Milan” (İtaliya)
00:00. “Seltik” (Şotlandiya) – “Bayern” (Almaniya)
00:00. “Monako” (Fransa) – “Benfika” (Portuqaliya)