Pensiyaların indeksləşdirilməsi nəticəsində ortaaylıq pensiyanın məbləği də artaraq 497 manatdan 537 manata yüksəlib.
Xezerxeber.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini Səfər Mehdiyev Xəzər TV-nin "Xəbər Ertəsi" proqramında deyib.
O, həmçinin bildirib ki, yaşa görə ortaaylıq pensiyanın məbləği artaraq 530 manatdan 573 manata çatdırılıb.