ABŞ administrasiyası Dövlət Departamentinin xərclərini azaltmaq üçün bir sıra ABŞ konsulluqlarını bağlamağı nəzərdən keçirir...
Poliqon xəbər verir ki, bu barədə NBC News telekanalı mənbələrə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, Avropa, Kanada, Meksika və Sakit okean adalarındakı konsulluqlar fəaliyyətini dayandıra bilər.
Telekanalın mənbələri ABŞ prezidenti Donald Trampın konsulluqların siyahısını öyrəndiyini, lakin yekun qərarın hələ verilmədiyini, onların bağlanmasının mümkün vaxtı da məlum olmadığını bildiriblər. Dövlət Departamenti bəzi konsulluqları nəzərdən keçirir, o cümlədən onların “diplomatik zərurətini” qiymətləndirir. Dövlət Departamentinin rəsmiləri həmçinin konsulluqlarda həyata keçirilə biləcək “başqa ölkələrlə hərbi təmaslar və kəşfiyyat məlumatlarının toplanması” kimi hökumət fəaliyyətlərinin əlavə növlərini də nəzərdən keçirirlər.
NBC mənbələrinin qeyd ediblər ki, təhlükə altında ola biləcək Avropadakı konsulluqların əksəriyyəti Almaniya və Fransada yerləşir. Dövlət Departamenti artıq konsulluqlardan onların fəaliyyəti ilə bağlı məlumat istəyib. Amerika departamenti bu məlumatı rəsmi şəkildə şərh etməyib.
Poliqon.info