ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin xərclərini azaltmaq məqsədilə dünya üzrə bir neçə konsulluqları bağlaya bilər.
Missiya.Az xəbər verir ki, bu barədə “NBC” məlumat yayıb.
Bildirilib ki, bu, Sakit okean adaları, Kanada və Meksikadakı, eləcə də Avropadakı, xüsusən Almaniya və Fransadakı konsulluqlara aiddir.
Qeyd olunub ki, təşəbbüs artıq Trampa təqdim edilib, lakin onun həyata keçirilmə vaxtı ilə bağlı qərar hələ qəbul edilməyib. Bununla belə, Dövlət Departamenti konsulluqlardan onların fəaliyyəti ilə bağlı məlumat istəyib.
Daşqın HəsənovMissiya.Az