Bakı. Trend:
Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardımınikinci hissəsi 12 fevral 2025-ci il tarixində SumqayıtTexnologiyalar Parkının ərazisindən yola salınıb.
Trend xəbərverir ki, məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamınaəsasən, sözügedən yardımın təşkili məqsədilə bir milyon ABŞdollarının manat ekvivalentində vəsait ayrılıb və yardımın birincihissəsi 7 fevral 2025-ci il tarixində göndərilib.
Adıçəkilən Sərəncam çərçivəsində iki hissədə göndərilmişhumanitar yükə ümumilikdə 52 min metrdən çox elektrik kabeli vənaqil, habelə 17 ədəd transformator daxildir.
Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilənavadanlıqlar müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisiilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.
Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindənUkraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədliyardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib. Bu günədəkelektrik avadanlıqları qismində 134 ədəd transformator və komplekttransformator məntəqəsi, 70-ə yaxın generator, habelə təxminən 3.4milyon metr elektrik kabeli və naqil humanitar yardım kimiUkraynaya yola salınıb.