AZ

Azərbaycanda avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmi 9% artıb

Bakı. Trend:

Ötən il Azərbaycanda avtomobil nəqliyyatı vasitəsilə 12,5milyard ABŞ dolları dəyərində 5,9 milyon ton yük daşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2023-cü ildəki göstəriciyə nisbətən dəyərifadəsində 410,7 milyon ABŞ dolları və ya 3,4%, həcm ifadəsində isə490,7 min ton və ya 9% çoxdur.

Məlumata əsasən, hesabat dövründə bu nəqliyyat vasitəsiləAzərbaycandan 2,1 milyard ABŞ dolları dəyərində 2,3 milyon ton yükixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 275,3milyon ABŞ dolları və ya 15%, həcm ifadəsində isə 296,6 min ton vəya 14,6% artım deməkdir.

Eyni zamanda dövr ərzində avtomobil nəqliyyatı vasitəsiləAzərbaycana 10,4 milyard ABŞ dolları dəyərində 3,6 milyon ton yükidxal edilib. Bu isə 2023-cü ildəki göstəriciyə nisbətən dəyərifadəsində 135,4 milyon ABŞ dolları və ya 1,3%, həcm baxımıdan isə194,2 min ton və ya 5,7% çoxdur.

Seçilən
41
1
az.trend.az

3Mənbələr