AZ

Trampa sui-qəsdlə bağlı YENİ DETALLAR

Rusiyalı senator Aleksey Puşkov “Telegram” kanalında ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsd ittihamı ilə bağlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, Puşkov "Bu iş ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə məhdudlaşa bilməz, lakin əvvəlki Demokratlar administrasiyası ilə bağlı araşdırmalar da başlana bilər", - deyə bildirib.

Senator Bayden administrasiyasını, Pensilvaniya qubernatoru Coş Şapiro və FTB-nin keçmiş direktoru Kristofer Vreyi 2024-cü ilin iyulunda Trampa qarşı sui-qəsd təşkil etməkdə ittiham edib.

İddialara görə, FTB-nin keçmiş direktoru Vrey və Pensilvaniya ştatının polis rəisi Kristofer Paris sui-qəsdin təşkilini koordinasiya ediblər. Bundan əlavə, ittihamnamədə iddia edilir ki, Bayden administrasiyasının üzvləri Gizli Xidmət və FTB-nin sui-qəsdi öyrənməsinə mane olmağa çalışıblar.

Bu, onu göstərir ki, Tramp administrasiyası dövründə USAİD-ə qarşı məsələlər sadəcə ifşalarla bitməyəcək.

Seçilən
12
publika.az

1Mənbələr