AZ

"Baba da deyir ki, bu adam belədir, Anarı təpiyimin altına salası deyiləm axı"

Filologiya üzrə fəlsəfə doktoru, jurnalist Anar Vəziroğlu tez-tez qalmaqallarla gündəmə gəldiyi üçün qardaşı, Əməkdar incəsənət xadimi Baba Vəziroğluya şikayət edilməsinə etirazını bildirib.

Mia.az
-ın məlumatına görə, A.Vəziroğlu Pravda.az-a açıqlamasında deyib ki, Baba Vəziroğlu orta xətdədir, hamısının gözü onu görür.

“Həm də yumşaq adamdır, nə desələr, deyir ki, “başına dönüm, Anar uşaq deyil ki, mən ona nə deyim?” Sözlərini yumşaq mənada deyir. Mənə zəng etməzlər axı. Bilirlər ki, sərt şəkildə yerlərinə oturduram. Mənim 68 yaşım var, Babanın 70 yaşı. Aramızda nə qaldı? İki bayram. Bunlar öyrəncəlidirlər. Baba yumşaq adamdır deyə ondan şeirləri alırlar, mahnıları qoşurlar. Havayı yerə.

MİA.AZ

Seçilən
21
mia.az

1Mənbələr