AZ

Premyer Liqa: “Qarabağ” mövsümün rekordunu təkrarladı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün ən böyük hesablı nəticəsi təkrarlanıb.

Arena.az xəbər verir ki, 22-ci turda “Səbail”i qəbul edən “Qarabağ” 5:0 hesabı ilə qalib gəlib.

Mövsümdə 3-cü dəfə bir komanda 5 top fərqi ilə qələbə qazanıb. Əvvəlki iki matçda olduğu kimi, yenə “Qarabağ” fərqlənib.

Xatırladaq ki, Ağdam klubu 2024-cü il oktyabrın 18-də səfərdə “Kəpəz”i, dekabrın 16-da evdə “Sumqayıt”ı eyni – 5:0 hesabı ilə məğlub etmişdi.

Seçilən
46
7
arena.az

10Mənbələr