İtaliyanın bədii gimnastika resursları olimpiadadan sonra karyerasını başa çatdıran idmançılarla bağlı maraqlı statistika təqdim edib.
İdman.biz xəbər verir ki, Paris-2024-dən indiyə kimi 69 bədii gimnast rəsmi olaraq böyük idmandan ayrılıb - bu, həm fərdi gimnastlara, həm də qrup hərəkətləri komandalarından olan gimnastlara aiddir.
Qeyd edək ki, ötən ilin sonunda iki azərbaycanlı gimnast - Zöhrə Ağamirova və Zeynəb Hümmətova da karyeralarını bitiriblər.
İdman.biz