AZ

"Atletiko" "Barselona"nın futbolçusu ilə maraqlanır

"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopez "Atletiko Madrid"in maraq dairəsindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" "Transfer News Live"a istinadən xəbər verir ki, "Atletiko" yarımmüdafiəçi üçün təxminən 50 milyon avro təklif etməyə hazırdır.

"Barselona" maliyyə çətinliklərini nəzərə alaraq, əsas komandada daimi olmayan oyunçunu satmağa razı ola bilər.

"Transfermarkt" Fermin Lopezin dəyərini düz 50 milyon avro qiymətləndirir.

Perspektivli ispaniyalının hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.

Seçilən
22
operativmm.az

1Mənbələr