AZ

"Spartak" "Beşiktaş"ın futbolçusuna təxminən 2,7 milyon avro maaş təklif edib

Rusiyanın "Spartak" klubu "Beşiktaş"ın futbolçusunu transfer etmək istəyir.

"Spartak" "Beşiktaş"ın yarımmüdafiəçisi Gedson Fernandesə illik 2,5 - 2,7 milyon avro maaşla müqavilə təklif edib.

"Operativ Media" xəbər verir ki, bu haqda metaratings.ru saytı məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu məbləğdən əlavə, “qırmızı-ağlar” futbolçuya hədəflərə çatmaq üçün əlavə bonuslar təklif edib. Fernandes transfer olarsa, Moskva klubunun ən yüksək maaş alan futbolçularından birinə çevrilə bilər.

Fernandes 2022-ci ildən "Beşiktaş"da çıxış edir. Bu mövsüm 26 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 33 matçda 8 qol vurub, 2 məhsuldar ötürmə edib.

"Transfermarkt" oyunçunun bazar dəyərini 17 milyon avro olaraq qiymətləndirir.

Seçilən
22
operativmedia.az

1Mənbələr