Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti hissəsi yola salınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev öz “X” hesabında paylaşım edib.
“Enerji sistemimizi bərpa etmək üçün zəruri elektrik avadanlıqlarından ibarət olan mühüm humanitar yardımın növbəti hissəsi Azərbaycandan Ukraynaya yola salınıb”, - deyə səfir qeyd edib.
Husyev, həmçinin dəstək və həmrəyliyə görə Azərbaycan rəhbərliyinə və xalqına təşəkkürünü də qeyd edib.