AZ

Trampa sui-qəsd cəhdi işi USAİD-in ifşası ilə də bağlıdır - KİV

Ajans.az xəbər verir ki, müvafiq bəyanatı rusiyalı senator Aleksey Puşkov öz Telegram kanalında verib.

Onun sözlərinə görə, ABŞ-də Bayden administrasiyasına, Pensilvaniya qubernatoru Coş Şapiroya və FTB-nin keçmiş direktoru Kristofer Reyeyə qarşı ittihamlarla hüquq-mühafizə orqanları ilə əlaqə saxlayan bir xəbərçi peyda olub. Məlumat verən şəxs iddia edir ki, onlar 2024-cü ilin iyulunda Trampa sui-qəsd cəhdinin planlaşdırılmasında iştirak ediblər. Bayden administrasiyasının üzvlərinin də Gizli Xidmət və FTB-ni sui-qəsdlə bağlı xəbərdar etmək səylərinə mane olduğu bildirilir.

Puşkov qeyd edib ki, sui-qəsd cəhdi ilə bağlı araşdırmalar USAİD-in imkanlarından kənara çıxa bilər. “Görünür, Trampın dövründə vəziyyət yalnız USAİD-in açıqlamaları ilə məhdudlaşmayacaq”, - senator vurğulayıb.

Xatırladaq ki, 2024-cü il iyulun 13-də Pensilvaniya ştatında seçki kampaniyası zamanı Trampa qarşı sui-qəsd edilib, nəticədə o, qulağından yaralanıb, bir nəfər ölüb, iki nəfər yaralanıb. İkinci sui-qəsd isə sentyabrın 15-də Floridada Trampın qolf klubunda baş verib.

Seçilən
21
Ajans.az

1Mənbələr