AZ

“Qarabağ”a mütləq rekord üçün 4 dəqiqə çatmadı

“Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 22-ci turunda “Səbail”ə 18 dəqiqəyə 5 qol vurub.

Arena.az xəbər verir ki, Ağdam klubu 76-cı dəqiqədə hesabı açıb və 90+3-cü dəqiqədə 5-ci dəfə fərqlənib.

Bu, Azərbaycan çempionatlarında XXI əsrin ikinci göstəricisidir. 5 qolu ən qısa müddətdə vuran komanda isə “Rəvan” olub.

2012/2013-cü illər mövsümündə fərqlənən paytaxt klubu 2013-cü il martın 30-da “Turan”ın qapısına 14 dəqiqəyə 5 qol vurub. 6:2 hesablı səfər qələbəsi qazanan “Rəvan” 60-73-cü dəqiqələrdə buna imza atıb. Həmin matçda Mindauqas Kalonas 60-cı, Xuan Manuel Varea 61, 68 və 72-ci, Miloş Adamoviç 73-cü dəqiqədə qol vurub.

Xatırladaq ki, “Qarabağ” 5:0 hesabı ilə qalib gəlməklə həm də Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün ən böyük hesablı nəticəsini təkrarlayıb. Mövsümdə 3-cü dəfə bir komanda 5 top fərqi ilə qələbə qazanıb. Əvvəlki iki matçda olduğu kimi, yenə “Qarabağ” fərqlənib. Ağdam təmsilçisi 2024-cü il oktyabrın 18-də səfərdə “Kəpəz”i, dekabrın 16-da evdə “Sumqayıt”ı eyni – 5:0 hesabı ilə məğlub etmişdi.

Seçilən
48
15
arena.az

10Mənbələr